Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə bir nəfərin batması ilə bağlı daxil olan məlumat əsasında axtarış-xilasetmə tədbirləri həyata keçirilib.
Postxronika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bilgəh qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 1 kilometr aralıda yerləşən nəzarətsiz ərazidə bir nəfərin batması barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Aparılan axtarışlar nəticəsində 2005-ci il təvəllüdlü Pirməmmədov Niyaz Vasif oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.