Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı başa çatıb.
Postxronika.az xəbər verir ki, Azərbaycan millisi yarışı ümumilikdə 7 medalla tamamlayıb.
Yunan-Roma güləşçilərindən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıblar.
Çempionatın son günündə mübarizəyə qoşulan sərbəst güləşçi İbrahim Həsənov (51 kq) da uğurlu çıxışı ilə gümüş medala sahib olub.
Beləliklə, Azərbaycan yığması Bakıda təşkil olunan U-17 dünya çempionatını 4 gümüş və 3 bürünc medalla başa vurub.