Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" hərbi hissəsində “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Postxronika.az xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

​Çıxış edən HDQ komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdov kursun əhəmiyyətini diqqətə çatdıraraq iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıb. Tədbirdə partlayıcı maddələrin və döyüş sursatlarının insan həyatı üçün təhlükəsindən bəhs edilib, bu tür təhlükəli maddələrə toxunmamaq və dərhal müvafiq zərərsizləşdirmə qrupuna məlumat vermək tövsiyə olunub.

​Mərasimin sonunda kursu uğurla başa vuran məzunlara sertifikatlar və hədiyyələr təqdim edilib.