Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlyas Əmirov saxlanılıb.
Postxronika.az xəbər verir ki, saxlanılan şəxsdən 4 kiloqram tiryək və 1 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə İ.Əmirov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.