Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baş verib.
Postxronika.az "Report"a istinadən xəbər verir ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı, 1994-cü il təvəllüdlü Əlzamin Surxaylı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. Partlayış nəticəsində sağ ayağından ağır xəsarət alan Ə.Surxaylının ayağı amputasiya olunub.
Hadisə zamanı 1998-ci il təvəllüdlü Füzuli Mirzəyev isə yüngül bədən xəsarətləri alıb. Hər iki şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.