Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Postxronika.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 45-50% təşkil edəcək.

​Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı və şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq, mülayim şərq küləyi əsəcək.

​Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda isə gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.