Qida Təhlükəsizliyi Agentliyinə vətəndaşlar tərəfindən daxil olan müraciətlərdə heyvanlara unikal nömrə verilməsi və onların vahid bazada qeydiyyata alınması mexanizminin mahiyyəti, eləcə də yaratdığı imkanlar geniş yer alır.

Postxronika.az xəbər verir ki, bu sistem epizootik vəziyyətə operativ nəzarəti təmin etməklə yanaşı, yoluxucu xəstəliklərin erkən aşkarlanaraq qarşısının alınmasına xidmət edir. Layihə fermerlərə təsərrüfatda dəqiq uçot aparmaq, itkin və ya oğurluq zamanı mülkiyyət hüququnu sübuta yetirmək imkanı qazandırır.

​Eyni zamanda təşəbbüs istehlakçılar üçün “Fermadan süfrəyədək” izləmə zəncirini formalaşdıraraq təhlükəli qida məhsullarının dövriyyədən çıxarılmasını asanlaşdırır. Nəticədə əhalinin sağlamlığının qorunması və bazardakı məhsullara olan etimadın yüksəldilməsi təmin edilir.