ABŞ Prezidenti Donald Tramp İranı ikiüzlü davranışda ittiham edib.
Postxronika.az xəbər verir ki, Tramp bu barədə “Truth” sosial media platformasında paylaşım edib.
ABŞ prezidenti bildirib ki, İran bir tərəfdən görüşmək və danışıqlar aparmaq istədiyini, hətta yaxın gələcəkdə yeni təmasların planlaşdırıldığını bəyan edir, digər tərəfdən isə heç bir müzakirənin aparılmadığını iddia edir.
Tramp həmçinin qeyd edib ki, İran Hörmüz boğazına nəzarət etdiyini desə də, həmin ərazi hazırda tam şəkildə ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır.
“Razılaşma və ya tam təslim olmadıqca İrana heç nə keçməyəcək. İran bunu etiraf etmək istəsə də, istəməsə də, əslində, onilliklərdir onların yaratdığı problemin həllindən danışırıq. Məsələ sadədir – İranın heç vaxt nüvə silahı olmayacaq”, – deyə Tramp vurğulayıb.