ABŞ və İran arasında diplomatik həll ümidlərinin artması enerji bazarlarında qiymətlərin aşağı düşməsinə səbəb olub.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İrana qarşı planlaşdırılan hücumu dayandırdığını açıqlamasından sonra dünya bazarlarında neft qiymətləri təxminən 5 faiz geriləyib.

Məlumata görə, Brent markalı neftin bir bareli 83 dollar səviyyəsinə düşərək son üç həftənin minimumunu yeniləyib. Bazar iştirakçıları hərbi qarşıdurma riskinin azalmasının enerji təchizatına dair narahatlıqları zəiflətdiyini bildirirlər.

Bununla belə, Hörmüz boğazı və Bab əl-Məndəb bölgəsində daşımalarla bağlı risklərin hələ də qalmaqda davam etdiyi qeyd olunur. 

Atabəy Abbaszadə