ABŞ və İran arasında mümkün diplomatik təmaslara dair xəbərlər Avropa fond bazarlarında müsbət əhval-ruhiyyə yaradıb.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Avropanın əsas fond indeksləri avqust ayına artımla başlayıb. İnvestorlar Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntiləri müsbət qiymətləndiriblər.

Məlumata görə, enerji qiymətlərinin ucuzlaşması xüsusilə nəqliyyat və turizm sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərinə dəstək verib. Analitiklər hesab edirlər ki, bölgədə sabitliyin bərpası qlobal iqtisadi riskləri azalda bilər. 

Atabəy Abbaszadə