Çin yarımkeçirici sənayesində mövqeyini gücləndirmək üçün yeni investisiya layihəsi üzərində işləyir.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Çinin bazar dəyərinə görə ən böyük çip istehsalçılarından biri olan CXMT Pekində ikinci yaddaş çipi zavodunun tikintisini nəzərdən keçirir.

Məlumata görə, şirkət layihənin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparır. Layihə həyata keçirilərsə, Çinin yarımkeçirici istehsalında özünütəminetmə imkanlarının daha da genişlənəcəyi gözlənilir.

Atabəy Abbaszadə