Danimarka müdafiə qabiliyyətinin artırılması istiqamətində yeni addım atıb.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, ölkədə hərbi xidmət müddəti uzadılıb və yeni çağırış sistemi qüvvəyə minib.

Qərarın Rusiyadan qaynaqlanan təhlükəsizlik riskləri, Ukraynadakı müharibə və Arktika bölgəsində artan geosiyasi rəqabətlə əlaqədar qəbul edildiyi bildirilib.

Məlumata görə, yeni sistem çərçivəsində təxminən 1600 çağırışçı 11 aylıq xidmətə başlayıb. 

Atabəy Abbaszadə