“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
Postxronika.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Premyer Liqa təmsilçisi 20 yaşlı mərkəz müdafiəçisi Əkbər Eyubovu mövsümün sonunadək icarə əsasında heyətinə cəlb edib.
Qeyd edək ki, Əkbər Eyubov ötən mövsümü “Mingəçevir” klubunda keçirib. Gənc futbolçu, eyni zamanda, Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının da üzvüdür.