Abşeron rayonunun Məmmədli kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində yerləşən avtomobil təmiri sexi və ehtiyat hissələri mağazasında yanğın baş verib.

Postxronika.az bu barədə AZƏRTAC-a istinadən xəbər verir. 

Məlumata görə, FHN əməkdaşlarının çevik müdaxiləsi nəticəsində alovun digər bokslara və yanacaqdoldurma məntəqəsinə yayılmasının qarşısı alınıb. Yanğın zamanı iki boksun konstruksiyaları və dam örtüyünün taxta hissələri yanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.