Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 31-ci ölkə çempionatına start verilib. 4–6 avqust tarixlərini əhatə edən turnirdə müxtəlif idman ocaqlarını təmsil edən 50-yə yaxın gimnast gücünü sınayır.
Postxronika.az xəbər verir ki, yarışda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, bu klubun Zabrat bölməsi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” İdman Klubu və Zirə təmsilçiləri mübarizə aparırlar.
Gimnastlar yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında fərdi proqram üzrə ölkə çempionu adı uğrunda yarışırlar. Üç gün davam edəcək turnirdə idmançılar halqa, top, gürzlər və lent alətləri ilə yanaşı, çoxnövçülük üzrə də ustalıqlarını nümayiş etdirəcəklər.
Çempionatın keçirilməsində əsas məqsəd gənc gimnastların yarış təcrübəsini artırmaq və ölkədə bədii gimnastikanın inkişafına töhfə verməkdir.