Azərbaycan ilə Qazaxıstan nəqliyyat, logistika və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini nəzərdən keçirib.

Postxronika.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

​Müzakirələr azərbaycanlı nazir ilə Qazaxıstan Prezident Administrasiyası rəhbərinin müavini Əsəl Janasova arasında tutan görüşdə baş tutub.

​"Orta Dəhlizin inkişafı, onun rəqabətqabiliyyətinin artırılması, liman və nəqliyyat strukturunun gücləndirilməsi, rəqəmsal platformaların tətbiqinin genişləndirilməsi, avtomobil yükdaşımalarının asanlaşdırılması və yeni bərə layihəsinin reallaşdırılması ilə bağlı ətraflı fikir mübadiləsi apardıq", — deyə R.Nəbiyev bildirib.