ABŞ və İran arasında aparılan diplomatik təmaslar Yaxın Şərqdə gərginliyin azalacağına dair ümidlər yaratsa da, enerji bazarlarında qeyri-müəyyənlik davam edir.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Hörmüz boğazı və Bab əl-Məndəb boğazında gəmi hərəkəti əvvəlki günlə müqayisədə ciddi dəyişməyib.
Buna baxmayaraq, analitiklər hesab edirlər ki, bölgədə təhlükəsizlik tam bərpa olunmayıb və istənilən yeni hərbi insident neft qiymətlərinə yenidən təsir göstərə bilər.
Məlumata görə, son günlər ABŞ, Qətər və Oman vasitəçilərinin iştirakı ilə aparılan diplomatik səylər enerji bazarlarında nikbinliyi artırıb. Bunun nəticəsində neft qiymətlərində son həftələrin ən böyük enişlərindən biri qeydə alınıb.
Ekspertlər bildirirlər ki, Yaxın Şərqdə davamlı sabitlik yalnız tərəflər arasında uzunmüddətli siyasi razılaşma əldə olunacağı təqdirdə mümkün olacaq.
Atabəy Abbaszadə