Paytaxtın bütün inzibati rayonlarını əhatə edən 108 küçə və prospektdə yol infrastrukturu yenilənir. Layihə çərçivəsində ümumilikdə 835 912 kvadratmetr ərazinin təmir olunması nəzərdə tutulur.

Postxronika.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, artıq 18 küçə və prospektdə işlər tam yekunlaşıb, 8 ünvanda isə təmir prosesi davam edir.

​Planlaşdırılan digər ünvanlarda bərpa və yenidənqurma tədbirləri mərhələli şəkildə həyata keçiriləcək. İşlərin əsas məqsədi paytaxtın yol infrastrukturunu müasirləşdirmək, nəqliyyatın təhlükəsizliyini və rahatlığını təmin etməkdir.