Rusiya Prezidenti Vladimir Putin ölkənin hərbi idarəetmə sistemində növbəti dəyişiklik edib.
Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, Denis Lyamin Rusiyanın yeni yaradılmış Pilotsuz Sistemlər Qüvvələrinin komandanı təyin olunub.
Məlumata görə, yeni struktur pilotsuz uçuş aparatlarının istehsalı, döyüş əməliyyatlarında tətbiqi və bu sahədə vahid idarəetmənin təmin olunması məqsədilə yaradılıb.
Ekspertlər hesab edirlər ki, Ukraynada davam edən müharibə pilotsuz sistemlərin müasir döyüşlərdə rolunu əhəmiyyətli dərəcədə artırıb və Rusiya da bu istiqamətdə hərbi islahatlarını sürətləndirir.
Son illərdə həm Rusiya, həm də Ukrayna pilotsuz uçuş aparatlarından geniş istifadə edir və bu texnologiyalar müharibənin gedişinə ciddi təsir göstərən əsas amillərdən biri hesab olunur.
Nigar Şirinova