Avqustun 6-da Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti yük daşınması həyata keçirilib.


Postxronika.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.


Məlumata görə, 14 vaqondan ibarət, ümumi çəkisi 979 ton olan buğda yükü Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.


Bildirilib ki, indiyədək Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları daşınıb.


Bununla yanaşı, Azərbaycandan Ermənistana indiyədək təxminən 15 min ton dizel yanacağı, eləcə də 5 min tona yaxın “Aİ-92” və “Aİ-95” markalı benzin ixrac edilib.