İşğaldan azad edilmiş Xocavənd rayonunun Qızılqaya kəndi ərazisində mina partlayışı baş verib.
Postxronika.az xəbər verir ki, hadisə avqustun 7-də qeydə alınıb. Məlumata görə, Qazax rayon sakini, 1961-ci il təvəllüdlü Elçin Telman oğlu Abbasovun idarə etdiyi buldozer minalardan təmizlənməmiş ərazidə minaya düşüb.
Partlayış nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
DİN, Baş Prokurorluq və ANAMA vətəndaşları mina təhlükəsi olan ərazilərdə təhlükəsizlik qaydalarına riayət etməyə, xəbərdarlıq nişanlarına diqqət yetirməyə və şübhəli əşyalara toxunmamağa çağırıb.