Bakının Yasamal rayonunda kommunal təsərrüfat sahəsində çalışan qadınlar üçün ödənişsiz skrininq aksiyası keçirilib.
Postxronika.az xəbər verir ki, aksiya avqustun 8-də Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti və Bakı Patologiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Skrininq müayinələrində 400-ə yaxın qadın iştirak edib.
Təşəbbüsün əsas məqsədi qadınlar arasında profilaktik müayinələrin əhəmiyyətini artırmaq və onkoloji xəstəliklərin erkən aşkarlanmasına dəstək olmaqdır.