Milli Kitabxanada yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicatın anadan olmasının 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub.

Postxronika.az xəbər verir ki, sərgidə Əlisa Nicatın şeirləri, nəsr əsərləri, romanları, poemaları, povestləri, esseləri, hekayələri və tərcümələri nümayiş etdirilir.

Ekspozisiyada həmçinin yazıçının ön söz müəllifi və redaktoru olduğu kitablar, həyat və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə nəşrlər, eləcə də dövri mətbuat materialları yer alıb.

Qeyd edək ki, Əlisa Nicat Azərbaycan ədəbiyyatında fəlsəfi hekayə və pritça janrlarının inkişafına mühüm töhfələr verib. O, tarixi romanların, fəlsəfi antologiya və ensiklopediyaların müəllifi kimi tanınır.

Ədibin “Gəncəli müdrik”, “Nağıllara dönən tarix”, “Ehram”, “Qızılbaşlar”, “Mələklər və iblislər”, “101 Dahi”, “Qızıl fəlsəfə”, “Tiranlar və kölələr” və digər əsərləri oxuculara təqdim olunub.