Qazax rayonunda 2026-cı ilin məhsulu üçün 11 min 732,8 hektar sahədə taxıl əkini aparılıb.

Postxronika.az xəbər verir ki, əkin sahələrinin 6 min 950 hektarını arpa, 4 min 782,8 hektarını isə buğda təşkil edib.

Rayonda taxıl biçini artıq başa çatıb. Ümumilikdə 11 min 732,8 hektar sahədən 39 min 214,5 ton məhsul əldə olunub. Orta məhsuldarlıq 33,4 sentner təşkil edib.

Buğda sahələrindən 16 min 835,5 ton məhsul toplanıb. Buğda üzrə orta məhsuldarlıq 35,2 sentner olub.

Arpa sahələrindən isə 22 min 379 ton məhsul götürülüb. Bu sahədə orta məhsuldarlıq 32,2 sentner təşkil edib.