Vitamin və mineral preparatlarının həkim məsləhəti olmadan qəbulu sağlamlıq üçün ciddi risklər yarada bilər.
Postxronika.az xəbər verir ki, mütəxəssislərin fikrincə, halsızlıq, saç tökülməsi və diqqət dağınıqlığı kimi əlamətlər hər zaman vitamin çatışmazlığı ilə əlaqəli olmur. Bu simptomların müxtəlif səbəbləri ola bilər və çatışmazlığın müəyyən edilməsi üçün laborator müayinələr aparılmalıdır.
Xüsusilə dəmir və D vitamininin yüksək dozada qəbul edilməsi arzuolunmaz nəticələrə səbəb ola bilər. Dəmirin normadan artıq qəbulu orqanizmdə yığılaraq bəzi orqanlara zərər verə, yüksək dozada D vitamini isə qanda kalsium səviyyəsini artıraraq böyrəklərlə bağlı problemlərə yol aça bilər.
Mütəxəssislər vitamin preparatlarının analiz nəticələri və həkim tövsiyəsi əsasında qəbul edilməsini məsləhət görürlər.
Nigar Vüqarqızı