Müharibələr və əlverişsiz hava şəraiti qlobal ərzaq bazarında yeni bahalaşma dalğası riskini artırır.

Postxronika.az Reuters informasiya agentliyinə istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, qlobal ərzaq qiymətləri iyul ayında son üç ildən artıq müddətin ən yüksək səviyyəsinə çatıb.

FAO-nun ərzaq qiymətləri indeksi iyulda 131,1 bənd təşkil edib. Bu göstərici iyun ayındakı 130,3 bənddən yüksəkdir və 2023-cü ilin yanvarından bəri ən yüksək səviyyədir.

Reuters yazır ki, Yaxın Şərq və Qara dəniz regionlarında davam edən müharibələr kənd təsərrüfatı məhsullarının tədarükünə və daşınmasına təsir göstərir.Neft qiymətlərinin yüksək olması, gübrə çatışmazlığı və dizel yanacağı ilə bağlı problemlər də kənd təsərrüfatı istehsalının xərclərini artırır.

FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, əmtəə qiymətlərindəki artımın istehlakçıların aldığı ərzaq məhsullarına təsiri adətən üç-altı ay gecikmə ilə hiss olunur.Bu səbəbdən ekspertlər ərzaq inflyasiyasının ilin sonlarında və 2027-ci ildə daha da güclənə biləcəyini düşünürlər. 

Atabəy Abbaszadə