Postxronika.az xəbər verir ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 6,5 faiz artaraq 1172,1 manat olub. Mayın 1-i vəziyyətinə ölkədə 1 milyon 792,3 min muzdlu işçi qeydə alınıb.
Muzdla çalışanların 929,5 mini qeyri-dövlət, 862,8 mini dövlət sektorunda fəaliyyət göstərib. Ən çox işçi ticarət, təhsil və sənaye sahələrində çalışır.
Lakin orta əməkhaqqı anlayışını düzgün başa düşmək vacibdir. 1172,1 manat hər bir işçinin aldığı maaş demək deyil. Bu, bütün muzdlu işçilərin əməkhaqlarının statistik ortalamasıdır.
İqtisadçı Vüqar Bayramov əməkhaqqının qiymətləndirilməsi zamanı nominal artımla yanaşı inflyasiya və real gəlirlərin də nəzərə alınmasının vacibliyini vurğulayır.
Atabəy Abbaszadə