Postxronika.az xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,4 milyard manatlıq məhsul satılıb. Bunun 17,6 milyard manatı ərzaq, içki və tütün məhsullarının, 14,8 milyard manatı isə qeyri-ərzaq mallarının payına düşüb.

Pərakəndə ticarətin real ifadədə 3,7 faiz artması istehlak fəallığının davam etdiyini göstərir. Qeyri-ərzaq məhsullarının satışında 6,5 faizlik artım xüsusilə diqqət çəkir.

Statistikaya görə, əhalinin pərakəndə ticarətdə xərclədiyi vəsaitin 49,9 faizi ərzağa, 12,6 faizi tekstil, geyim və ayaqqabıya, 6,3 faizi avtomobil yanacağına, 4,7 faizi elektrik malları və mebelə yönəlib.

Bu göstəricilər həm də ailə büdcəsinin strukturunu öyrənmək üçün mühüm iqtisadi indikator hesab olunur.

Atabəy Abbaszadə