Postxronika.az xəbər verir ki, Azərbaycan enerji siyasətində ənənəvi neft-qaz ixracı ilə yanaşı bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin gələcək ixracına da diqqət ayırır.

Xızı-Abşeron Külək Elektrik Stansiyası 240 MVt gücündədir. Energetika Nazirliyinin məlumatına görə, “PowerChina”nın törəmə şirkəti bu layihənin baş podratçısı olub. Hazırda həmin şirkət “Masdar”ın 200 MVt gücündə Abşeron Külək Elektrik Stansiyası layihəsində də iştirak edir.

Energetika naziri Pərviz Şahbazov yaşıl enerji layihələrinin genişləndirilməsini Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərindən biri kimi təqdim edir.

Azərbaycan üçün bu sahənin əhəmiyyəti yalnız daxili elektrik tələbatının ödənilməsi ilə bitmir. Gələcəkdə yaşıl elektrik enerjisinin regional şəbəkələr vasitəsilə ixracı ölkənin enerji xəritəsində yeni imkan yarada bilər.

Atabəy Abbaszadə