Postxronika.az xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında informasiya və rabitə sahəsində əlavə dəyər real ifadədə 7,5 faiz artıb və 1 milyard 966,5 milyon manat təşkil edib.
Bu sahənin iqtisadi artım tempi bir çox ənənəvi sektoru üstələyir.
Rəqəmsallaşma elektron hökumətdən tutmuş bankçılığa, təhsildən səhiyyəyə, ticarətdən nəqliyyata qədər müxtəlif sahələrə təsir göstərir.
2026-cı ilin fevralında Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Sənəddə rəqəmsal suverenliyin möhkəmləndirilməsi, milli texnoloji potensialın gücləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi məqsədləri müəyyənləşdirilib.
Atabəy Abbaszadə