Postxronika.az xəbər verir ki, Azərbaycanın 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası süni intellekt üzrə tədqiqatların təşviqini, infrastrukturun inkişafını, ixtisaslı kadr potensialının gücləndirilməsini və texnologiyanın müxtəlif sahələrdə tətbiqini nəzərdə tutur.

Süni intellekt artıq yalnız proqramçıların və texnologiya şirkətlərinin mövzusu deyil. Təhsil, səhiyyə, maliyyə, dövlət idarəçiliyi, media və sənaye kimi sahələrdə AI texnologiyalarından istifadə imkanları genişlənir.

Akademik Əli Abbasov Azərbaycanda informasiya texnologiyaları və süni intellekt üzrə elmi potensialın inkişafının vacibliyini vurğulayan alimlərdəndir.

Strategiyanın əsas məsələlərindən biri insan kapitalıdır. Çünki süni intellekt texnologiyasını almaq mümkündür, lakin onu inkişaf etdirən və idarə edən mütəxəssislərin hazırlanması uzunmüddətli prosesdir.

Atabəy Abbaszadə