Nərgiz Akif qızı Qurbanova Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Postxronika.az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov həmin vəzifəyə təyinat alıb.