Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə “Ion Cornianu & Ladislau Simon” turniri keçirilib.
Postxronika.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Turnirdə Azərbaycanı yunan-Roma güləşi üzrə milli komandanın üzvləri təmsil ediblər.
Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında mübarizə aparan güləşçilərimiz yarışda 5 medal qazanıblar.
Fərid Sadıxlı (55 kq), Fərid Xəlilov (67 kq), Qurban Qurbanov (87 kq) və Məzaim Mərdanov (130 kq) qızıl medal əldə ediblər. İlkin Qurbanov (63 kq) isə bürünc medala layiq görülüb.
Azərbaycan millisi komanda hesabında turniri ikinci pillədə başa vurub.