Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov İsmayıllı rayonunda vətəndaşların qəbulunu keçirib.

Postxronika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, qəbul zamanı İsmayıllı, Qəbələ, Oğuz, Ağsu və Şamaxı rayonlarından olan sakinlərin müraciətləri dinlənilib.

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.

Görüş zamanı ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması, mineral xammaldan istifadə, məşğulluğun təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə baxılıb.

Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi ilə bağlı Nazirliyin məsul əməkdaşlarına tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.