UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində bu gün keçiriləcək “Sabah” – “Orxus” qarşılaşmasının start heyətləri açıqlanıb.

Postxronika.az xəbər verir ki, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da keçiriləcək görüşdə komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Sabah”: Stas Pokatilov, Stiv Solve, Rəhman Daşdəmirov, Timoteuş Puxaç, Akim Zedadka, İvan Lepinitsa, Umarali Raxmonaliyev, Aleksey İsayev, Coy-Lens Mikels, Velko Simiç, Orfe Mbina.

Baş məşqçi: Valdas Dambrauskas.

“Orxus”: Yesper Hansen, Erik Kal, Kolin Rosler, Yakob Andersen, Gift Links, Rasmus Karstensen, Maqnus Knudsen, Kristian Arnstad, Yens Yonsson, Ceyms Boqere, Tobias Bek.

Baş məşqçi: Yakop Poulsen.

Qeyd edək ki, komandalar arasında Danimarkada keçirilən ilk qarşılaşmada “Orxus” 2:1 hesabı ilə qalib gəlib.