Qəbələdə keçirilən musiqi festivalı 15 illik yubileyini qeyd edir. “Gabala Fest” musiqi ilə yanaşı, müxtəlif ölkələrin nümayəndələrini, rəssamları və sənətçiləri bir araya gətirərək mədəniyyətlərarası əməkdaşlıq üçün platforma yaradır.
Postxronika.az xəbər verir ki, bu barədə “Euronews” telekanalının Qəbələ festivalına həsr olunmuş reportajında məlumat verilib.
Reportajda qeyd olunur ki, festival bu il ənənəvi konsert proqramını genişləndirərək müxtəlif ölkələrdən musiqiçiləri, rəssamları və digər sənət nümayəndələrini bir araya gətirən “Gabala Fest” layihəsinə start verib.
Festival çərçivəsində klassik musiqi, muğam və müasir ifalar təqdim olunur. Eyni zamanda, “Mədəniyyətlərin kəsişməsi” adlı bədii sərgidə 30-dan çox yerli və xarici rəssamın əsərləri nümayiş etdirilir.
“Euronews” qeyd edir ki, 2027-ci ildə festivalın mədəni proqramının daha da genişləndirilməsi planlaşdırılır.