“Neftçi” Azərbaycan milli komandasının basketbolçusu Cəbrayıl Əkbərovu heyətinə cəlb edib.
Postxronika.az xəbər verir ki, klub 24 yaşlı hücumçu ilə qarşıdakı mövsümün sonunadək müqavilə imzalayıb.
1,94 metr boya malik basketbolçu ötən mövsüm “Gəncə” klubunda çıxış edib. Cəbrayıl Əkbərov Azərbaycan millisinin heyətində beynəlxalq arenalarda, o cümlədən “Avro-2029”un ilkin seçmə mərhələsində ölkəmizi təmsil edib.