Macarıstan parlamenti Ali Məhkəmənin keçmiş sədri Andraş Bakanı ölkənin yeni prezidenti seçib.
Postxronika.az xəbər verir ki, səsvermədə 146 deputat iştirak edib. Onlardan 140-ı Andraş Bakanın namizədliyini dəstəkləyib, 6 deputat isə əleyhinə səs verib. O, prezidentliyə yeganə namizəd olub.
Səsvermədən sonra Andraş Baka prezident andı içib. O, avqustun 19-da vəzifəsinin icrasına başlayacaq.
Yeni prezident çıxışında qanunun aliliyinin və konstitusiya mədəniyyətinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, prezidentin siyasi neytrallığını qorumasının və bütün vətəndaşların hüquqlarına hörmət edilməsinin əhəmiyyətini qeyd edib.