Fransanın PSJ klubu UEFA Superkuboku uğrunda İngiltərənin “Aston Villa” komandasına qarşı keçirəcəyi oyun üçün iştirak ərizəsini açıqlayıb.

Postxronika.az xəbər verir ki, Paris təmsilçisi UEFA-ya 24 futbolçunun adını təqdim edib.

Qapıçılar: Alessandro Lonqoni, Luka Şevalye, Matvey Safonov.

Müdafiəçilər: Əşrəf Hakimi, Lukas Beraldo, Markinyos, İlya Zabarnı, Luka Din, Luka Ernandes, Nunu Mendeş, Villian Paço.

Yarımmüdafiəçilər: Fabian Ruis, Manyes Akliuş, Vitinya, Senni Meyulyu, Dro Fernandes, Varren Zair-Emeri, Joau Neveş.

Hücumçular: Xviça Kvaratsxeliya, Usman Dembele, Dezire Due, Bredli Barkolya, Kenten Ncantu, İbrahim Mbaye.

PSJ tarixində üçüncü dəfə UEFA Superkubokunda iştirak edəcək. Paris klubu 1996-cı ildə “Yuventus”a məğlub olub, ötən il isə “Tottenhem”i penaltilər seriyasında məğlub edərək kuboka sahib çıxıb.

“Aston Villa” isə Superkuboku 1982-ci ildə “Barselona”nı məğlub edərək qazanıb.

Qeyd edək ki, PSJ – “Aston Villa” qarşılaşması avqustun 12-də Avstriyanın Zalsburq şəhərindəki “Red Bull Arena”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

PSJ UEFA Çempionlar Liqasının, “Aston Villa” isə Avropa Liqasının son qalibidir.