“Kəpəz” klubu növbəti transferini həyata keçirib.

Postxronika.az xəbər verir ki, Gəncə təmsilçisi 32 yaşlı qapıçı Rəşad Əzizli ilə müqavilə imzalayıb.

Müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, Rəşad Əzizli ötən mövsüm “Səbail”in formasını geyinib.