Süni intellektin tibbi konsultasiyalarda istifadəsi ilə bağlı yeni araşdırma aparılıb.

Postxronika.az xəbər verir ki, yayımlanan araşdırmada 30 həkim, 15 pasiyent və 100 klinik ssenari iştirak edib.

Tədqiqat zamanı süni intellekt əsaslı sistem video konsultasiyalarda xəstənin anamnezinin toplanması, diaqnoz və müalicə ilə bağlı bir sıra göstəricilər üzrə həkimlərlə müqayisə edilib. Nəticələrə görə, sistem bəzi göstəricilərdə həkimlərlə eyni və ya daha yüksək qiymətləndirilib.

Araşdırma müəllifləri bildirirlər ki, texnologiyanın klinik praktikada geniş istifadəsi üçün əlavə sınaqlara ehtiyac var. 

Nigar Vüqarqızı