Süni intellektdən istifadə təhsil səviyyəsi fərqli olan insanlar arasında məhsuldarlıq fərqini əhəmiyyətli dərəcədə azalda bilər.
Postxronika.az xəbər verir ki, 1 174 nəfərin iştirakı ilə aparılan araşdırmada iştirakçıların süni intellektdən istifadə etməzdən əvvəl və sonra nəticələri müqayisə edilib.
Araşdırmaya əsasən, AI-dan istifadə yüksək və aşağı təhsil səviyyəsinə malik iştirakçılar arasındakı ilkin nəticə fərqinin təxminən 75 faizini aradan qaldırıb. Daha az təhsil səviyyəsinə malik iştirakçıların nəticələrində artım daha yüksək olub.
Tədqiqat müəllifləri süni intellektin müəyyən tapşırıqlarda məhsuldarlıq fərqini azaltmaq potensialına malik olduğunu bildiriblər.
Nigar Vüqarqızı