Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

Postxronika.az Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, DSX Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 Əlcəzair vətəndaşı – 1994-cü il təvəllüdlü Makhlouf Houari və 1996-cı il təvəllüdlü Brahim Houari saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.