Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müxtəlif ölkələrdən idxal olunan bitki və palma yağlarına nəzarəti gücləndirib.

Postxronika.az xəbər verir ki, AQTA-nın məlumatına görə, aparılan laborator müayinələr zamanı bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi – 3-MCPD (3-monoxlorpropan-1,2-diol) aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Bəzi ölkələrin müəyyən istehsalçılarına məxsus bitki yağı məhsullarının Azərbaycana idxalına məhdudiyyətlər tətbiq edilib.

AQTA sahibkarlıq subyektlərini bitki və palma yağlarının idxalı zamanı qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırıb.

Qeyd edilib ki, nəzarət tədbirləri davam etdiriləcək.