İyulda Rusiyanın neft və neft məhsulları ixracından əldə etdiyi gəlirlər əvvəlki ayla müqayisədə 12,5 faiz azalaraq 13,76 milyard dollara düşüb.

Postxronika.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına əsasən, iyulda Rusiyanın neft və neft məhsulları ixracı iyun ayı ilə müqayisədə gündəlik 630 min barel azalaraq 6,97 milyon barel olub.

Xam neft ixracı 200 min barel azalaraq sutkada 5,6 milyon barelə, neft məhsulları ixracı isə 430 min barel azalaraq gündəlik 1,4 milyon barelə düşüb.

Xam neft ixracından əldə olunan gəlir 1,11 milyard dollar azalaraq 11,11 milyard dollar, neft məhsullarından gəlir isə 860 milyon dollar azalaraq 2,64 milyard dollar təşkil edib.

Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin neft və təbii qaz gəlirləri yanvar-iyul aylarında illik müqayisədə 16,8 faiz azalaraq 4,6 trilyon rubla (təxminən 55,1 milyard dollar) düşüb.