Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən gömrük nəzarəti zamanı bəyan edilməyən mobil telefonlar və telefon aksesuarları aşkar edilib.


Postxronika.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının çamadanına gömrük yoxlaması tətbiq olunub.


Yoxlama zamanı çamadandan gömrük orqanına bəyan edilməyən 17 ədəd “iPhone” markalı mobil telefon, müxtəlif markalı mobil telefonlara aid 190 ədəd ekran və çoxsaylı aksesuarlar aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.