UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bakıda qarşılaşacaq “Qarabağ” və “Dinamo” (Kiyev) komandalarının start heyətləri açıqlanıb.

Postxronika.az xəbər verir ki, UEFA-nın rəsmi saytına əsasən, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda başlayacaq görüşdə komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: Martin Zlomisliç, Elvin Cəfərquliyev, Bense Varkonyi, Bədavi Hüseynov, Mateus Silva, Marko Yankoviç, Pedro Bikalyo, Abdullah Zubir, Aleksey Kaşuk, Jali Muaddib, Kadi Borges.

Baş məşqçi: Qurban Qurbanov.

“Dinamo”: Vyaçeslav Surkis, Aleksey Siç, Kristian Bilovar, Vladislav Dubinçak, Taras Mixavko, Vladimir Brajko, Castin Lonveyk, Valentin Rubçinski, Eduardo Gerreyro, Boqdan Reduşko, Matvey Ponomaryonko.

Baş məşqçi: İqor Kostyuk.

Qeyd edək ki, komandalar arasında Polşanın Lublin şəhərində keçirilən ilk oyunda “Qarabağ” 0:1 hesabı ilə məğlub olub.

Bu cütün qalibi pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. “Tvente” ilk görüşdə 6:0 hesablı qələbə qazanıb.