İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Sarıyel kəndi ərazisində mina partlayışı baş verib.
Postxronika.az xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatına görə, hadisə avqustun 13-də qeydə alınıb.
Belə ki, Tərtər rayonunun Qaynaq kənd sakini, 1953-cü il təvəllüdlü Kamran Süleymanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən mina partlayışı nəticəsində xəsarət alıb.
ANAMA, DİN və Baş Prokurorluq vətəndaşları mina təhlükəsi işarələrinə diqqət yetirməyə, şübhəli əşyalara toxunmamağa və tanımadıqları ərazilərə daxil olmamağa çağırıb.