Azərbaycan Dövlət Sərhəd Xidməti narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
Postxronika.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin məlumatına görə, “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat nəticəsində narkotik vasitələri Azərbaycana keçirməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb.
1975-ci il təvəllüdlü Ağapur Hüseyn Novruzun üzərindən ümumi çəkisi 7 kiloqram 490 qram marixuana və 1810 ədəd psixotrop tərkibli “Metadon M-40” həbi aşkarlanıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.