Azərbaycanın paracüdo üzrə milli komandası avqustun 14-16-da Almaniyanın Heydelberq şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Postxronika.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin məlumatına görə, yarışda Azərbaycanı 6 idmançı təmsil edəcək.

Kişilər arasında İlham Zəkiyev (J1, +95 kq), Saleh Sultanov (J1, 81 kq), İsmayıl Muradov (J1, 70 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq), qadınlarda isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mübarizə aparacaqlar.

Paracüdoçulara baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.